Bakıda 4 nəfərin ölümü ilə nəticələnən "Location" klubdakı partlayışla bağlı məhkum edilən Rəsul Rəsulov məhkəməyə müraciət edib.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, klubun administratoru olmuş Rəsul vaxtından əvvəl şərti azad olmaq istəyir.
Məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum 5 illik həbs müddətinin yarıdan çoxunu çəkdiyini əsas gətirərək qalan 1 il 2 ayından azad edilməsini xahiş edib.
Məhkəmə ərizəni rədd edib. R.Rəsulovun eyni yerdə cəza çəkməsinin davamına qərar verilib.
Qeyd edək ki, klubdakı partlayış 2022-ci ilin aprelində baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb, içlərində xarici vətəndaş da olmaqla 34 nəfər, o cümlədən həmin vaxt klubda olan bloqer Aysel Şükür də xəsarət almışdı.
Məhkəmənin hökmü ilə klubun administratoru Rəsul Rəsulov 5 il, menecer Orxan Səfərli isə 4 il azadlıqdan məhrum edilib. Bir neçə gün əvvəl Orxan vaxtından 2 ay əvvəl şərti olaraq azad edilib.
Milli.Az





