Hadisə

Azərbaycanda toy yasa döndü, ölənlər var - YENİLƏNİB - FOTO

27 Dekabr 2025 19:39
Baxış: 828
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

27.12.2025-ci il tarixində saat 17:00 radələrində Biləsuvar rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 4 nəfər (qadın) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən bildirilib ki, hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri ağır olaraq qiymətləndirilir.

Qeyd edək ki, hadisə nəticəsində 2 bacı, 1993-cü il təvəllüdlü Aytac Rüstəmli və 2003-cü il təvəllüdlü Aynur Rüstəmlinin həkiməqədər ölüm faktı qeydə alınıb.

Onlar digər sərnişinlərlə əmisi oğlanlarının nişan mərasiminə gedirmişlər.

---------

Milli.Az Bakupost.az-a istinadən xəbər verir ki, qəzanı Biləsuvar rayon Telekomnukasiya Qovşağının keçmiş rəisi Xalid Rüstəmovun həyat yoldaşı, Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin müəlliməsi Fidan Rüstəmova törədib.

------------

Biləsuvarda toy karvanında ağır yol-nəqliyyat hadisəsi baş verib. Ölən və xəsarət alanlar var.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib.

Toy karvanında hərəkətdə olan "Lexsus" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarından Mil-Muğan su kanalına aşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.