Maraqlı

Xarlanmış balın yenidən maye hala gətirilməsi: Çox az insan bu üsulu bilir

27 Dekabr 2025 08:43
Baxış: 375
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Balı yenidən axıcı və maye halına gətirmək üçün cəmi bir neçə sadə addım kifayətdir. Balın zamanla kristallaşması tamamilə təbii bir prosesdir və bu, məhsulun xarab olması demək deyil. Əksinə, mütəxəssislərin fikrincə, xarlanmış bal bəzən daha zəngin dada malik ola bilər.

Milli.Az xəbər verir ki, ən vacib qayda həddindən artıq qızdırmamaqdır. Bal yüksək temperatura qarşı çox həssasdır; qaynadıldığı təqdirdə qida dəyərini itirir və tərkibi dəyişə bilir.

Addım-addım tətbiq:

Lazımi miqdarda balı bir şüşə qaba qoyun.

Həmin qabı ilıq su ilə dolu bir kasaya yerləşdirin (Benvmari üsulu).

Kristalların yavaş-yavaş əriməsi üçün qabı 5-10 dəqiqə suyun içində saxlayın.

Diqqət yetirin ki, suyun səviyyəsi balın səviyyəsindən yuxarıda olsun, lakin qabın içinə su girməsin.

Balın Xarlanmaması Üçün Onu Necə Saxlamalı?

Soyuducuya qoymayın: Aşağı temperatur kristallaşma prosesini daha da sürətləndirir.

Balı saxlamaq üçün ən ideal mühit otaq temperaturudur.

Balı birbaşa günəş şüaları düşməyən qaranlıq bir yerdə saxlamaq lazımdır.

Bu qaydalara əməl etməklə balın təbii konsistensiyasını və dadını uzun müddət qoruya bilərsiniz.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.