Dünya

İran hücum etdi: Konsul və xanımı yaralandı

14 İyun 2025 21:08
Baxış: 1 639
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Serbiya - Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radman bildirib ki, İsraildəki Xorvatiya konsulu və onun həyat yoldaşı İranın Tel-Əvivə raket hücumları zamanı yüngül xəsarət alıblar.

"Mənə məlumat verildikdə sarsıldım - konsulumuz və həyat yoldaşı Tel-Əvivə edilən hücum zamanı xəsarət alıblar. Onların yaşadığı bina vurulub," - deyə Radman "X" (əvvəlki Twitter) platformasında bildirib.

"Mən onlarla danışdım və xoşbəxtlikdən xəsarətləri yüngüldür, həyatları üçün təhlükə yoxdur."

Qrliç Radman əlavə edib ki, Xarici İşlər Nazirliyi İsraildəki Xorvatiya səfirliyi ilə daimi əlaqədədir və əməkdaşlarının təhlükəsizliyinin təmin olunması üçün bütün zəruri tədbirləri görür.

"Biz mülki şəxslərə və diplomatik obyektlərə edilən hücumları qətiyyətlə pisləyirik. Tərəfləri dərhal gərginliyi azaltmağa və təmkinli olmağa çağırırıq," - deyə o, bildirib.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.