Tarixi dəyişən gün: Liderin qayıdışı...
15 iyun 1993-cü il - bu tarix Azərbaycan xalqının həyatında dönüş nöqtəsi oldu. O dövrdə ölkədə böyük qarışıqlıq, təhlükə və ümidin tükəndiyi dövr yaşanırdı. Məhz həmin gün xalqın çağırışı ilə Heydər Əliyev hakimiyyətə qayıtdı və Azərbaycanı xilas etdi. Bu səbəbdən 15 iyun hər il Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd olunur.
Azərbaycan 1991-ci ildə müstəqil oldu, yəni SSRİ-dən ayrılıb öz yoluna başladı. Amma ilk illərdə ölkədə vəziyyət çox ağır idi. Hakimiyyətdə tez-tez dəyişiklik olurdu, dövlət rəhbərləri bir-birini əvəzləyirdi. Ermənilər torpaqlarımıza hücum etmişdi, Qarabağda müharibə gedirdi, ölkə daxilində də qarşıdurmalar, silahlı qruplar, başıpozuqluq hökm sürürdü. İnsanlar sabahına ümidlə baxa bilmirdi. İqtisadiyyat demək olar ki, çökmüşdü, işsizlik, yoxsulluq, qeyri-sabitlik hər yeri bürümüşdü.
Xalq artıq yorulmuşdu, çıxış yolu axtarırdı. Hamı bir nəfərə - Heydər Əliyevə ümid edirdi. Çünki insanlar onun təcrübəsinə, dövlət idarəçiliyinə, qərarlarına inanırdı. O vaxt Naxçıvanda yaşayan Heydər Əliyev ölkənin ümumi rəhbərliyində deyildi, amma xalqın təkidi ilə Bakıya qayıtdı və 15 iyun 1993-cü ildə Milli Məclisin sədri seçildi. Bu hadisə ölkədə hər şeyin dəyişməsinin başlanğıcı oldu.
Heydər Əliyev hakimiyyətə gələn kimi birinci olaraq ölkədə sabitliyi bərpa etdi. Silahlı toqquşmaların qarşısını aldı, vətəndaş müharibəsinin baş verməsinə imkan vermədi. Əgər o vaxt vətəndaş müharibəsi başlasaydı, bəlkə də bu gün Azərbaycan adlı güclü dövlət olmayacaqdı.
Daha sonra o, dövlət quruculuğuna başladı. Azərbaycanda hüquq qaydaları yaradıldı, yeni qanunlar qəbul olundu, vətəndaşların hüquqları qorundu. Ordu gücləndirildi, xarici ölkələrlə əlaqələr quruldu. Xüsusilə 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə Azərbaycanın zəngin neft-qaz ehtiyatları dünya bazarına çıxarıldı və ölkəyə milyardlarla vəsait gəldi. Bu pullar məktəblərə, yolların tikintisinə, xəstəxanalara və digər inkişaf sahələrinə yönəldi.
Heydər Əliyev həm də insanlara ümid verdi. O, çıxışlarında həmişə xalqı düşünürdü, insanları birliyə çağırırdı, dövlətin güclü olması üçün çalışırdı. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan dünya xəritəsində öz yerini daha möhkəm etdi.
İyunun 15-i Azərbaycan sözün əsl mənasında qurtuldu. Güclü lider ortaya çıxdı və xalqı bəladan qurtardı. Ona görə də bu gün sadəcə Heydər Əliyevin hakimiyyətə qayıtması deyil - bu, xalqın öz gələcəyini qoruması, birliyə gəlməsi, dövlətinə sahib çıxması günüdür.
15 iyunda atılan addımlar bu gün bizə güclü dövlət, azad torpaqlar, firavan həyat bəxş edib. Prezident İlham Əliyev atasının yolunu uğurla davam etdirir və bu gün biz Qarabağı azad etmiş Azərbaycan kimi daha güclüyük.
15 İyun - Milli Qurtuluş Günü bizim tariximizdə ən vacib günlərdən biridir. Bu gün Azərbaycanın gücləndiyi və gələcəyə ümidlə baxdığı gündür.
Heydər Əliyev təkcə bir siyasətçi deyildi, o, xalqın taleyinə sahib çıxan, milləti fəlakətdən çıxaran bir lider idi. Bu gün hər bir azərbaycanlı qürurla deyə bilər: "Əgər 15 iyun olmasaydı, bu günkü Azərbaycan olmazdı."
Bu gün biz azad və müstəqil ölkədə yaşayırıqsa, bunun təməli 15 iyunda qoyulub. Və bu tarix bizə bir daha xatırladır ki, xalq birləşəndə, düzgün lider seçəndə heç bir qüvvə onu yıxa bilməz.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - (Video)
-
XİN-də Milli Müdafiə Universitetinin akademik kursunun iştirakçıları ilə görüş keçirilib - (Foto)
-
Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salan kampaniya
-
Hindistanın XİN rəhbəri Azərbaycana gəlir
-
Paşinyan sülh sazişinin imzalanacağı tarixi açıqladı
-
Ermənistan rəsmiləri Zəngəzur dəhlizi ilə bağlı bölgəyə getdi - Təfərrüat
XƏBƏR LENTİ
-
Bu bürclərin kişiləri sizi aldatmayacaqlar
-
“Orada konsertinə icazə verilirsə, deməli, səviyyəsi var” - İzzət Bağırov
-
Bu məktəbə gedib-gəlmək üçün 12 km yerimək lazımdır - (Video)
-
Taksilərin ən bahalı olduğu şəhərlər
-
"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Bəyin üzünü ilk dəfə toyda gördü: Kefi pozuldu - (Video)
-
Ronaldo 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...
-
“Yakışıklı mısırcı” bir reklamdan sərvət qazandı - (Foto/Video)
-
Bütün binalarda elektrik sobaları olacaq - (Video)
-
Yasamal və Abşeronda işıq olmayacaq
-
Oyunda olarkən Bruno Fernandeşin evi qarət edildi
-
Parisin iki rayonunda komendant saatı tətbiq edilib
-
Günün qoroskopu: Pul xərcləyərkən daha ehtiyatlı olmalısınız
-
Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Tünzalə Ağayevanın təmtəraqlı yubileyindən (Video)
-
Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - (Video)
-
Xırdalanda evlər ucuzlaşıb - (Video)
-
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
-
Zelenski müsahibə zamanı ağladı - (Video)
-
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
-
Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
-
Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
-
Sabah Binəqədidə qaz olmayacaq
-
"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb





