Dünya

İsrailin İrana qarşı hərbi əməliyyatı iki həftə davam edəcək

13 İyun 2025 18:15
Baxış: 761
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsrailin İrana qarşı hərbi kampaniyası 14 gün davam edəcək.

Milli.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşrinə açıqlamasında yüksək vəzifəli İsrail rəsmisi məlumat verib.

Rəsmi qeyd edib ki, İsrail ordusunun İran əleyhinə əməliyyatı hələ başa çatmayıb və qarşıdakı günlərdə də davam edəcək.

Əməliyyatın iki həftəlik davam etməsinin ehtimal olunduğu bildirilir. Bu müddət, ekspertlərin də əvvəlcədən proqnozlaşdırdığı kimi, İranın nüvə proqramına və müvafiq hədəflərə ciddi zərər vurmaq üçün kifayət qədər vaxt tələb edir.

Məqalədə həmçinin vurğulanır ki, bu taktika İsrailin daha əvvəl "Hizbullah"a qarşı həyata keçirdiyi əməliyyat planına bənzəyir. Həmin əməliyyat çərçivəsində "Hizbullah"ın rəhbərliyi və silah anbarları sıradan çıxarılmış, təşkilat sonda danışıqlara məcbur edilmişdi.

Qaynağın sözlərinə görə, İsrail və İran arasında gedən hazırkı qarşıdurmanın da sonda danışıqlar masasında bitəcəyi istisna edilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.