Burj Khalifa ilə tanınan Dubay bu dəfə də nəqliyyat infrastrukturu sahəsində yeni bir rekorda imza atmağa hazırlaşır.
Milli.Az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı yaxın zamanda dünyanın ən hündür metro stansiyasına sahib olacaq.
Dubayın hökmdarı və BƏƏ-nin vitse-prezidenti Şeyx Məhəmməd bin Rəşid Əl Maktum Dubay Metrosunun yeni Mavi Xəttinin təməl daşını rəsmən qoyub. Bu xətt üzərində inşa ediləcək Emaar Properties Stansiyası 74 metr hündürlüyü ilə metro stansiyaları arasında dünya rekordu qıracaq.
Dubay Hökumətinin Media Ofisinin yaydığı məlumata görə, stansiyanın sahəsi təxminən 11.000 kvadratmetr olacaq və gündəlik 70.000-dən çox sərnişinə xidmət göstərəcək. Ümumilikdə isə 160.000 sərnişin tutumu nəzərdə tutulur.
Bu meqalayihə yalnız Dubayın şəhər infrastrukturu üçün deyil, bütövlükdə Körfəz regionunun modernləşmə və sərmayə cəlbetmə siyasəti üçün də simvolik əhəmiyyət daşıyır.
Fidan
Milli.Az