Bu ərazidə yanğın olsa qonşu evlər alışacaq - bitişik divarlar...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Masazır qəsəbəsində fərdi yaşayış evlərinin bir-birinə çox yaxın tikilməsi ciddi təhlükə doğurur.
Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, qonşu evlərin divarları demək olar ki, bir-birinə bitişik vəziyyətdədir ki, bu da yanğın və digər fövqəladə hallar zamanı ciddi risk yaradır.
Tikinti normalarına görə, yaşayış evləri arasında məsafə 2012-ci ildə qəbul edilmiş Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Qaydalara əsasən, torpaq sahəsinin yalnız 40%-i tikinti üçün istifadə oluna bilər, qalan hissə isə normativ məsafələrin təmin olunması və təhlükəsizlik məqsədilə saxlanılmalıdır.
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, məsələn, 100 kvadratmetrlik torpaq sahəsi varsa, yalnız 40 kvadratmetrində tikinti aparılmalıdır, qalan ərazi isə təhlükəsizlik və normativlər üçün ayrılmalıdır.
O, əlavə edib ki, Bakı ətrafı qəsəbələrdə bir çox fərdi yaşayış evləri normativlərə əməl edilmədən tikildiyindən gələcəkdə sakinlər ciddi problemlərlə üzləşə bilərlər.
Təhlükəsizlik üzrə mütəxəssis Elmar Nurəliyev isə vurğulayıb ki, hər bir tikili ilə qonşu tikili arasında müəyyən ara məsafəsi saxlanılmalıdır və bu, binanın hündürlüyündən asılı olaraq dəyişir. Məsələn, hündürlüyü 5 metr olan ev üçün hər tərəfdən minimum 1,5 metr boşluq olmalıdır ki, yanğın və digər fövqəladə hallar zamanı risklər azalsın.
Abşeron Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Xırdalan şəhəri mərkəzi və Masazır kəndi ətrafında inşa edilmiş fərdi yaşayış evlərinin əksəriyyəti uzun illər əvvəl tikilib. Monitorinqlər zamanı bəzi qeyri-qanuni tikinti faktları aşkar olunub və qanunvericiliyə uyğun olaraq 1 gün ərzində aktlaşdırılaraq aidiyyəti qurumlara məlumat verilib. Həmçinin, Xırdalan və Masazırda qeyri-qanuni tikinti ilə bağlı 7 fakt hüquq-mühafizə orqanlarına göndərilib.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb - (Foto)
-
Sumqayıtda yol qazıldı, amma asfaltlanmadı - İcradan reaksiya
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
-
Bakıya dayanmadan yağış yağacaq - Proqnoz
-
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
XƏBƏR LENTİ
-
Cenevrədə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair ekspozisiya açılıb - (Foto)
-
Azərbaycan ATƏT-də Ermənistanla bağlı mühüm çağırış etdi - (Video)
-
Azərbaycana məğlubiyyətə görə istefa verdi
-
"Bavariya" Harri Keyn barədə qərarını verdi
-
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı - (Yenilənib)
-
Qara dənizdə dronla vurulan gəmi ilə bağlı "PALMALI"dən açıqlama
-
Oqtay Kamil Samirəni görüb yıxıldı - (Video)
-
Zidan Fransa millisində tarixə düşdü
-
Azərbaycanda sanatoriyada meyit tapıldı
-
"Səsim Aygün Kazımovanın səsinə oxşayır" - (Video)
-
Sahibə Qafarova IPU-nun 153-cü Assambleyasının açılış mərasimində iştirak edib - (Foto)
-
Sumqayıtda yol qazıldı, amma asfaltlanmadı - İcradan reaksiya
-
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yeni direktor təyin edilib
-
Bakıya dayanmadan yağış yağacaq - Proqnoz
-
Ceyranbatanda toyda döyülən gənc xəstəxanada öldü
-
Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - (Foto)
-
“Aqrar sahə haqqında” qanun layihəsi hazırlanıb
-
Keçmiş məhkumlardan 19 kiloqram narkotik aşkarlandı
-
Sosial müavinətlə bağlı yeni xəbər - 179 min nəfər...
-
Bakıda bu qəsəbəyə taksi gəlmir - Səbəb nədir?
-
Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı
-
Ofeliya Sənani xəstəxanaya yerləşdirildi
-
“Bu, Amerika üçün böyük gün olacaq”
-
Sea Breeze ərazisində yeni texnologiyalarla təchiz olunmuş ilk çoxzallı CineMastercard kinoteatrı açılacaq (Foto)





