“Vəfatından 12 il ötür, buna baxmayaraq...” - Məhəbbət Kazımovun oğlu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün mərhum Əməkdar artist Məhəbbət Kazımovun anım günüdür. Sənətçinin vəfatından 12 il ötür.
Milli.Az xəbər verir ki, M.Kazımovun oğlu Rəşid Kazımov "Yeni Sabah"a açıqlamasında atası ilə bağlı xatirələrini bölüşüb.
Onun sözlərinə görə, atasının vaxtı ilə ifa etdiyi bütün kadrların evlərində olduğunu deyib:
"Məhəbbət Kazımovun dövlət tədbirlərində və konsertlərdə çıxış etdiyi kadrların çoxu "Qızıl fond"da saxlanılır. Onunla yanaşı bizim özümüzdə də saysız-hesabsız kadrlar var. Köhnə və son dövrlərə aid olan çəkilişlərin hamısı evdədir, heç internetə də yerləşdirməmişik. Atamla bağlı kadrları özümüz və övladlarımız üçün qoruyub saxlayırıq".
R.Kazımov bildirib ki, atasının bütün dostları hər zaman onu yad edir:
"Atamın vəfatından 12 il ötür. Buna baxmayaraq bütün dost-tanışları bizimlə əlaqə saxlayır və onun xatirəsini anırlar. Səhər saat 10-dan bəri telefonlar susmur. Bu da atamın nömrəsidir. İnsanlar zəng edərək onu yada salırlar. Dost tanışdan əlavə sənət dostları ilə də danışırıq. Tək bu gün deyil, tez-tez atamı xatırlayırlar. Elə dostları da var ki, anım günlərində qəbiri üstünə bizdən öncə gedirlər. Mən bir azdan atamı ziyarətə gedəcəm. Adətən gedəndə yaxın dostlarını orada görürəm. Ad çəkmək istəmirəm, amma bildirim ki, vaxtı ilə özünə yaxın bildiyi hər kəs onu yada salır. Elə bizi də".
Qeyd edək ki, "Laçınım", "Ay ilk məhəbbətim", "Meşəbəyi" və s. mahnıları və muğamları ilə sevilən M.Kazımov 2014-cü il yanvarın 27-də 60 yaşında vəfat edib. O, Xırdalan qəbiristanlığında dəfn olunub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





