Yüksək sürətlə hərəkət edən sərnişin təyyarəsi təsadüfən meteozondun obyektivinə tuş gəlib.
Milli.Az xəbər verir ki, yuxarı atmosfer qatlarına buraxılan meteozond tərəfindən qeydə alınan görüntülərdə təyyarənin təxminən 800 km/saat sürətlə keçdiyi görünür. Bu isə nadir hallarda baş verən təsadüf olaraq qiymətləndirilir.
Hadisə elmi dairələrdə maraqla qarşılanıb. Çünki meteozondlar əsasən hava şəraitini izləmək üçün istifadə olunsa da, belə bir qarşılaşmanın qeydə alınması həm texniki, həm də vizual baxımdan diqqətçəkici hesab olunur.
Nadir görüntüləri təqdim edirik:
Milli.Az