Dünya

Putin və Zelenski bir araya gələ bilər - Kremldən açıqlama

17 May 2025 21:00
Baxış: 534
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya və Ukrayna arasında davam edən müharibənin fonunda liderlər səviyyəsində görüş ehtimalı yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskovun açıqlamasına əsasən, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün keçirilməsi mümkündür - lakin bunun üçün əvvəlcə müəyyən razılaşmalar əldə olunmalıdır.

"Hər iki tərəfin nümayəndə heyətlərinin işi nəticəsində müəyyən razılıqlar əldə olunarsa, belə görüş mümkündür. Biz bunu mümkün hesab edirik", - deyə Peskov bildirib.

Bu açıqlama, Türkiyənin ev sahibliyi ilə keçirilən Türkiyə-ABŞ-Ukrayna və Türkiyə-Rusiya-Ukrayna formatlarında baş tutan üçtərəfli görüşlərdən sonra səsləndirilib. Sözügedən görüşlərdə əsas müzakirə mövzuları atəşkəs, əsir mübadiləsi və liderlərin mümkün görüşü olub.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.