Qiyamət yaxınlaşır? - Müqəddəs Malaxiyanın 2027-ci il haqqında QORXUNC PROQNOZU - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aprelin 21-də, 88 yaşında, Vatikanın Santa Marta qonaq evində vəfat edən Roma Papası I Fransiskin ölümü ilə birlikdə qədim bir proqnoz yenidən müzakirə mövzusuna çevrilib.
900 il əvvəl yazıldığı bildirilən və Müqəddəs Malaxiyaya aid edilən bu sənəd, insanlığı qiyamətə aparacaq son dövrlər haqqında xəbərdarlıq edir.
Müqəddəs Malaxiyanın proqnozu nədir?
XIII əsrdə İrlandiyalı Arma yepiskopu Müqəddəs Malaxiya mistik bir vəhy aldığını iddia edir. Bu vəhydə o, Papa II Selestinlə başlayan və sonuncu ilə bitən 112 Roma papasının gələcəyini gördüyünü deyib. Hər bir papa qısa və simvolik latınca ifadələrlə təsvir edilib.
Siyahının sonuncusu "Petrus Romanus" - "Roma Petrusu" adlandırılır.
Proqnoza görə, bu şəxsin pontifikat dövründə belə bir sətir yer alır:
"Müqəddəs Roma Kilsəsinin son təqibi zamanı Petrus Romanus xalqını çoxlu əzablar içində idarə edəcək. Bundan sonra isə yeddi təpə üzərində qurulan şəhər (Roma) məhv ediləcək və Dəhşətli Hakim insanları mühakimə edəcək".
Bu proqnoz sənədi ilk dəfə 1595-ci ildə benedikt monaxı Arnold de Wyon tərəfindən çap edilib. 2024-cü ildə isə Papa Sixtus V (1585-1590) haqqında yayımlanan sənədli filmdə bu mətnə yenidən diqqət çəkilib. İddialara görə, qiyamət bu dövrün 442 il sonra, yəni 2027-ci ildə baş verəcəyi ilə əlaqələndirilir.
Papa Fransisk "Roma Petrusu" idimi?
Fransisk bu siyahıdakı 112-ci papadır. Adı "Petrus" olmasa da, Assisili Müqəddəs Fransiskin adını daşıması və bu şəxsin mistik rəmzlərlə əlaqələndirilməsi bir çox yozumlara səbəb olub.
Papa Fransiskin iqlim dəyişikliyi, kilsənin gələcəyi və mənəvi böhranla bağlı cəsarətli çıxışları da bu narahat fikirləri daha da gücləndirib. Bəziləri hesab edir ki, o, doğrudan da proqnozda qeyd olunan son papadır, digərləri isə onun yerinə gələcək papanın "Petrus Romanus" olacağını düşünür.
Qiyamət, yoxsa bir dövrün sonu?
Müasir tarixçilər və teoloqlar arasında geniş yayılmış fikir ondan ibarətdir ki, proqnoz simvolik xarakter daşıyır və bəşəriyyətin və ya Kilsənin bir dövrünün sonunu ifadə edir. Bu baxımdan Papa Fransiskin ölümü, qiyamət deyil, Katolik Kilsəsinin tarixi bir mərhələsinin başa çatması kimi də yozula bilər.
Proqnozlardaki təsadüflər və şübhələr
Tarixçilər qeyd edirlər ki, ilk 74 papaya aid proqnozlar olduqca dəqiq təsvir olunub. Lakin sonrakı qeydlər daha mücərrəd və qeyri-müəyyən xarakter daşıyır. Bəzi mütəxəssislər sənədin sonradan saxtalaşdırıldığını və ya davam etdirildiyini düşünür.
.jpg)
Buna baxmayaraq, təsadüflər bəzən şübhə doğuracaq qədər diqqətçəkici olur:
"Gloria Olivae" (Zeytun Şöhrəti) - Papa XVI Benediktə aid edilir, çünki Benedikt ordeni zeytun budaqları ilə simvollaşdırılır.
"De labore Solis" (Günəşin zəhmətindən) - Papa II İoann Pavelin günəş tutulmasında doğulması ilə əlaqələndirilir.
"Peregrinus Apostolicus" (Həvari səyyah) - Səfərləri ilə tanınan Papa VI Pavlə aid edilir.
Qeyd edək ki, bu, dünyanın sonunu xəbər verən yeganə mənbə deyil. Bibliyada da Vəhy Kitabı bu haqda bəhs edir. Bəzi təfsirçilər bu kitabda pilotsuz uçan aparatlar, robotlar və nüvə partlayışlarına işarə edildiyini iddia edirlər.
Rəsmi mövqe nədir?
Vatikan isə Müqəddəs Malaxiyanın proqnozunu rəsmi olaraq qəbul etmir və sənədin XVI əsrdə siyasi məqsədlərlə yazıldığını bildirir. Bununla belə, real papalarla uyğunluq göstərən təsvirlər bu iddianı şübhə altına salır.
Mənbələr: Catholic Encyclopedia, Vatican News, National Catholic Reporter, "Prophecies of St. Malachy" (T. W. Coogan, 1994), Daily Mail
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Makron özünü gülünc duruma saldı - (Foto)
-
Türkiyədə qadın 6 aylıq sevgilisinə 406 min manatlıq saat bağışladı - (Video)
-
İrlandiyada Zelenskinin kortejinə yumurta atdılar
-
Boşanan cütlüyün duyğusal anları diqqət çəkdi – Həm güldü, həm də ağladı - (Video)
-
Rusiya ordusu Ukraynada daha iki yaşayış məntəqəsini ələ keçirdi
-
Kolett Kressi Nvidia-nın müvəqqəti baş direktoru təyin edildi
XƏBƏR LENTİ
-
Aleksey Kaşuk “Qarabağ"dan ayrılmaq istədiyini etiraf etdi - Müsahibə
-
Nazpəri Dostəliyeva 5 il əvvəl çıxdığı işə qayıdır?
-
Biləsuvarda motosikletlə yük maşını toqquşub, ölən var
-
Tovuzda hamilə qadın bıçaqlandı - qardaşı saxlanıldı - Yenilənib
-
HONOR Çində bazara liderlik edir: Magic9 seriyası uğurun əsas hərəkətverici qüvvəsidir
-
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb - (Video)
-
Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli
-
Makron özünü gülünc duruma saldı - (Foto)
-
Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - (Foto)
-
“Obitus” filminin qala gecəsi Park Cinema Flame Towers kinoteatrında baş tutacaq
-
Əyyub Quliyevin rəhbərliyi ilə Dövlət Kamera Orkestrinin konserti keçirildi - (Foto)
-
Deputatlar üç gün toplaşacaq: Büdcə, pensiya və sosial ödənişlərlə bağlı qərarlar
-
Obitus filminin Qala Gecəsi Park Cinemada
-
ADY oktyabrda rekord sayda sərnişin daşıyıb
-
Əməkdar artist: "Elə bilirdilər ayaqlarım əyridir ki, uzun geyinirəm"
-
Külək güclənəcək - Xəbərdarlıq verildi
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Özcan Deniz Park Cinemaya gəlir!
-
Sofiyada “Azərbaycan Xalçaları Həftəsi” keçirilib: milli irsimiz Bolqarıstanda geniş şəkildə təqdim olunub - (Foto)
-
"Mingəçevir" komandası baş məşqçisi Elman Sultanovla yollarını ayırıb
-
Cəlil Məmmədquluzadənin “Kamança” pyesinin motivləri əsasında “Kamança 20/20” adlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
“Mançester Yunayted”in baş məşqçisi açıqlandı
-
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu oldu
-
Aysun yenicə əməliyyatdan çıxmış bacısı Yana ilə: "Sonra da deyirlər ki, küsülüyük” - (Video)





