Səudiyyə Ərəbistanı Suriyanın bütün borcunu bağlayacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Suriya Bəşər Əsədin hakimiyyətdən devrilməsindən sonra yeni bir səhifə açıb və ölkənin sabitliyini bərpa etmək üçün səyləri davam edir.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı Suriyanın Dünya Bankına olan borclarını ödəməyi planlaşdırır. Agentliyə danışan mənbələr Dünya Bankının Suriyanın müharibə nəticəsində ciddi zərər görmüş elektrik şəbəkəsinin bərpası və dövlət sektorunun maaşlarını dəstəkləmək üçün maliyyə yardımı təmin etməyi müzakirə etdiyini bildiriblər.
Bundan əvvəl, keçən ay, Qətər Suriyanın elektrik tələbatını ödəmək üçün İordaniya üzərindən Suriyaya qaz təchiz etməyi planladığını açıqlamışdı. Bu planın ABŞ-ın təsdiqini aldığı da bildirilmişdi.
Suriyanın Dünya Bankına təxminən 15 milyon dollar borcu olduğu məlumdur. Bankın ölkəyə aid qrant və digər yardımları təsdiqləməsi üçün bu borcun ödənməsi vacibdir. Borcların silinməsi ilə yanaşı, ölkədəki yenidənqurma işləri və dövlət sektorunun dəstəklənməsi üçün milyonlarla dollar ödəmə gözlənilir.
Dünya Bankı nümayəndələri Suriya naziri ilə görüşüb
Suriya Rəsmi Xəbər Agentliyinin məlumatına görə, Dünya Bankından texniki heyət, dünən Suriya Maliyyə Naziri Məhəmməd Yusr Berniyyə ilə görüşüb. Bu, Dünya Bankı ilə Suriya hökuməti arasında keçirilən ilk toplantıdır və görüşdə iki tərəf arasındakı iqtisadi əlaqələrin gücləndirilməsi müzakirə edilib. Berniyyə görüşdə Suriyaya tətbiq olunan beynəlxalq sanksiyalar və əvvəlki rejim siyasətlərinin ölkənin maliyyə və bank sektoruna mənfi təsirlərini izah edib.
Suriya nümayəndələri Vaşinqtona gedəcək
Suriya nümayəndələrinin bu ayın sonunda Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (IMF) illik yaz toplantıları üçün Vaşinqtona yüksək səviyyəli bir heyət göndərməsi gözlənilir. Bəşar Əsəd rejimi dövründə tətbiq olunan ABŞ sanksiyaları hələ də qüvvədə olduğu üçün, Suriya nümayəndələrinin hər hansı bir amerikalı məmurla görüşüb-görüşməyəcəyi məlum deyil.
Hüseyn
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır





