Dünya

Ağ Ev: Tramp İranla dialoqa hazırdır

16 Aprel 2025 08:47
Baxış: 457
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp Oman sultanı Heysəm bin Tarek Əl Səidlə telefon danışığında İranla dialoqa hazır olduğunu bildirib.

Milli.Az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

"Əlbəttə, İrana qarşı maksimum təzyiq kampaniyası davam edib. Lakin bildiyiniz kimi, prezident İranla dialoq və məsləhətləşmələr görmək istədiyini açıq şəkildə bildirib. Eyni zamanda İranın heç vaxt nüvə silahı əldə edə bilməyəcəyini açıqlayıb. Prezident bu danışıqların asanlaşdırılmasına kömək edən Oman Sultanı ilə danışıb", - o bildirib.

Onun sözlərinə görə, liderlər ABŞ-nin husilərə (Yəmən Ənsar Allah hərəkatı - red.) qarşı davam edən hərbi əməliyyatlarını da müzakirə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory