İstanbulda diplomatik nümayəndəliklərin işinin normallaşdırılması üzrə Rusiya-Amerika məsləhətləşmələrinin ikinci raundu başlayıb.
Milli.Az xəbər verir ki, Rusiya nümayəndə heyətinə səfir Aleksandr Darçiyev, Amerika nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter rəhbərlik edir.
Bundan əlavə, məsləhətləşmələrin yeni raundu zamanı Rusiya tərəfi ələ keçirilən diplomatik əmlakın qaytarılması, eləcə də birbaşa hava hərəkətinin bərpası məsələsini qaldırmaq niyyətindədir.
Xatırladaq ki, Rusiya və ABŞ nümayəndələri arasında danışıqlar martın 24-də Ər-Riyadda baş tutub. 12 saatdan çox davam edən görüşdən sonra hər iki tərəf bəyanat yayıb.
Milli.Az