Dünya

Uitkoff Putinin tərəfinə keçib - Zelenski

17 Aprel 2025 22:21
Baxış: 1 043
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna ətrafında gedən müharibə məsələsində Rusiya tərəfinin strategiyasını qəbul edib.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı bildirib.

Zelenski qeyd edib ki, Uitkoffun Ukraynanın əraziləri ilə bağlı danışıqlar aparmaq səlahiyyəti yoxdur:

"Çünki bu torpaqlar bizimdir, Ukrayna xalqına məxsusdur və təkcə bizə yox, həm də gələcək ukraynalılara. Bütün bu iddiaları cənab Putinin sayıqlamaları kimi qəbul edirik. Mən düşünməzdim ki, onun bu cür narrativləri digər ölkələrdə yaymağa davam edən nümayəndələri var. Buna görə də bu məsələyə ciddi yanaşmıram", - deyə Zelenski vurğulayıb. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.