Hadisə

Lənkəranda avtomobil kanala aşdı - xəsarət alan var - FOTO

17 Aprel 2025 20:03
Baxış: 546
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lənkəranda avtomobil kanala aşıb.

Milli.Az xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran şəhərinin Səttarxan küçəsində qeydə alınıb. Lənkəran şəhər sakini,1987-ci il təvəllüdlü Ülkər Əsədovanın idarə etdiyi "Chevrolet" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yol kənarındakı suötürücü kanala aşıb.

Sürücü xəsarət alaraq Lənkəran Rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Qəza nəticəsində kanalın üstündən keçən yüksək təzyiqli qaz kəməri də qismən zədələnib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.