Kütləvi zəhərlənmə olan şadlıq sarayının administratorundan açıqlama - "adımızı ləkələmək istəyirlər" - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
23:03
Bakıda toyda kütləvi zəhərlənmə baş verib.
Xezerxeber.az-ın məlumatına görə, məclisdə 51 nəfərin zəhərləndiyi bildirilir.
Şadlıq sarayının rəhbəri Nəbi Baxşalıyevin sözlərinə görə, hazırlanan yeməklər müəyyən sənədlər əsasında alınır. Həmin gündə məhsulların hər biri yeni olub.
Sahibkar iddia edir ki, baş verənlər şadlıq sarayının adına xələl gətirmək üçündür. Nəbi Baxşalıyev deyir ki, hadisə olan vaxtdan bir saat sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları dərhal restorana gəliblər.
Bu gün axşam həmin restoranda toy keçirəcək şəxs də məsələni eşidən kimi şadlıq sarayına gəlib, baş verənlərlə maraqlanıb.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, hadisənin nədən qaynaqlandığı araşdılır.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən isə "Xəzər Xəbər"ə bildirilib ki, müxtəlif saatlarda təcili tibbi yardım briqadaları vasitəsilə zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub. Əlavə olaraq, 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib. Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb.
--------
22:12
Kütləvi zəhərlənmənin qeydə alındığı "Venesiya" şadlıq sarayının administratoru Nəbi Baxşəliyev Baku TV-yə danışıb.
Onun sözlərinə görə, hadisə baş verən gün şadlıq sarayının hər iki zalında məclis olub, lakin təkcə birindəki qonaqlar arasında zəhərlənmə faktı qeydə alınıb.
"Qida Təhlükəsizliyi Agentliyi məsələ ilə bağlı araşdırma aparır. Qidaların hamısı şadlıq sarayına sertifikasiya əsasında daxil olur. Zəhərlənməyə nəyin səbəb olduğu bizə də maraqlıdır", - deyə administrator əlavə edib.
------------
12:55
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 18 aprel saat 22:30 radələrində Xətai rayonunda yerləşən iaşə obyektindən çağırış daxil olub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Çağırış yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Müxtəlif saatlarda təcili tibbi yardım briqadaları vasitəsilə zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.
Əlavə olaraq, 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb.
--------
09:16
"Aprelin 19-da 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdirilib".
Bu barədə KTM-in Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd məlumat verib.
O bildirib ki, dərhal xəstələrə tibbi xidmətlər göstərilib, mədələri yuyulub, infeksionist baxışı olub:
"Zəruri tibbi xidmətlərdən sonra onların hər biri evə buraxılıb".
---------
08:43
Bu gecə paytaxt Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, zəhərlənmənin Venesiya şadlıq sarayında olduğu bildirilir.
TƏBİB-dən verilən məlumata görə hadisə zamanı 25 nəfərin zəhərlənmə faktı qeydə alınıb.
Zərərçəkənlər Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onların konkret hansı yeməkdən zəhərləndiyi hələ ki, məlum deyil.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Biləsuvarda motosikletlə yük maşını toqquşub, ölən var
-
Tovuzda hamilə qadın bıçaqlandı - qardaşı saxlanıldı - Yenilənib
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
"Mingəçevir" komandası baş məşqçisi Elman Sultanovla yollarını ayırıb
-
Məhkəmədən Ramiz Əzizbəylinin kürəkəni ilə bağlı qərar
-
Polad Həşimovun anasının son durumu açıqlandı
XƏBƏR LENTİ
-
Nazpəri Dostəliyeva 5 il əvvəl çıxdığı işə qayıdır?
-
Biləsuvarda motosikletlə yük maşını toqquşub, ölən var
-
Tovuzda hamilə qadın bıçaqlandı - qardaşı saxlanıldı - Yenilənib
-
HONOR Çində bazara liderlik edir: Magic9 seriyası uğurun əsas hərəkətverici qüvvəsidir
-
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb - (Video)
-
Azərbaycan Avropa Siyasi Birliyində öz sözünü deyir – Sahil Kərimli
-
Makron özünü gülünc duruma saldı - (Foto)
-
Şəfiqə Məmmədova və Fəxrəddin Manafov “Laçından keçən ulduzlar” layihəsinin ilk qonaqları olublar - (Foto)
-
“Obitus” filminin qala gecəsi Park Cinema Flame Towers kinoteatrında baş tutacaq
-
Əyyub Quliyevin rəhbərliyi ilə Dövlət Kamera Orkestrinin konserti keçirildi - (Foto)
-
Deputatlar üç gün toplaşacaq: Büdcə, pensiya və sosial ödənişlərlə bağlı qərarlar
-
Obitus filminin Qala Gecəsi Park Cinemada
-
ADY oktyabrda rekord sayda sərnişin daşıyıb
-
Əməkdar artist: "Elə bilirdilər ayaqlarım əyridir ki, uzun geyinirəm"
-
Külək güclənəcək - Xəbərdarlıq verildi
-
Bakıda kütləvi dava: Bıçaqlananlar var - (Yenilənib)
-
Özcan Deniz Park Cinemaya gəlir!
-
Sofiyada “Azərbaycan Xalçaları Həftəsi” keçirilib: milli irsimiz Bolqarıstanda geniş şəkildə təqdim olunub - (Foto)
-
"Mingəçevir" komandası baş məşqçisi Elman Sultanovla yollarını ayırıb
-
Cəlil Məmmədquluzadənin “Kamança” pyesinin motivləri əsasında “Kamança 20/20” adlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
“Mançester Yunayted”in baş məşqçisi açıqlandı
-
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu oldu
-
Aysun yenicə əməliyyatdan çıxmış bacısı Yana ilə: "Sonra da deyirlər ki, küsülüyük” - (Video)
-
Azərbaycan XİN BƏƏ-də baş vermiş yol qəzası ilə bağlı başsağlığı verib





