Germanwings təyyarəsinin axtarışı: "qara qutu"ya ziyan dəyib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Çərşənbə axşamı 150 adam daşıyan Germanwings təyyarəsinin qəzaya uğramasının ardından cənubi Fransa Alp Dağlarında axtarış və xilasetmə əməliyyatı davam edib.
Milli.Az BBC-yə istinadən bildirir ki, səs yazılarının qeyd edildiyi "qara qutu"lardan birinə ziyan dəyib, rəsmilər bildirib. "Qara qutu" Din və Barselonet arasındakı ucqar dağ yarğanında aşkar olunub.
Almaniya, Fransa və İspaniya liderləri qəza bölgəsinə səfər etməyi planlaşdırır.
4U 9525 reysli Airbus A320 təyyarəsi Barselonadan Düsseldorfa uçarkən səkkiz dəqiqəlik sürətli enişin ardından qəzaya uğrayıb, rəsmilər deyir.
Qəzadan heç kim sağ çıxmayıb.
Rəsmilər inanır ki, mübadilə səfərindən geri qayıdan 16 şagird də daxil olmaqla, 144 sərnişindən 67-si alman vətəndaşı olub.
40-dan çox sərnişinin İspaniya vətəndaşı olduğu güman edilir. Təyyarə həmçinin Avstriya, Türkiyə, Danimarka, Niderland və Belçika vətəndaşlarını da daşıyıb. Britaniya xarici işlər naziri Philip Hammond bildirib ki, göyərtədə bəzi Britaniya vətəndaşlarının da olduğu "təəssüflə güman edilir".
Almaniyanın Lufthansa şirkətinə məxsus ucuz qiymətli Germanwings təyyarəsinin yüksək təhlükəsizlik rekordu var.
Əsas məqamlar
Airbus A320 yerə enərkən havanın yaxşı olduğu bildirilir
Təyyarə sürətlə yerə enib, lakin heç bir həyəcan siqnalı göndərməyib
Ağ Ev deyir ki, heç bir terror şübhəsi yoxdur
"Hər şey toza dönüb. Qırıntıların ən böyüyü kiçik maşın ölşüsündədir," Alp-de-Haute Əyalətinin şura prezidenti Gilbert Sauvan Associated Press agentliyinə bildirib
Vertolyotlardan istifadə etməklə xilasetmə qrupu qəza bölgəsinə çərşənbə axşamı çatıb və daha sonra iki "qara qutudan" birini aşkarlaya bilib.
Daxili işlər nazirliyi çərşənbə günü təsdiq edib ki, səs yazan cihaz pilot kabinəsində olub və qəza zamanı zədələnib. Lakin o, hələ də məlumatla təmin edə bilər.
İkinci qutunun tapılması çərşənbə axtarış əməliyyatının əsas məqsədi olacaq.
Polis işçilərindən ibarət qrup gecəni dağlarda keçirərək ərazini qoruyublar.
Matəm
Fransa prezidenti Francois Hollande, Almaniya kansleri Angela Merkel və İspaniya baş naziri Mariano Rajoy-un qəza bölgəsini ziyarət edəcəyi gözlənilir.
Cənab Rajoy artıq İspaniyada üç günlük matəm elan edib.
Çərşənbə axşmaı vertolyotdan lentə alınmış görüntülərdən kiçik təyyarə hissələrinin dağa səpələndiyi görünür.
"Ərazi dəhşətin görüntüsüdür", Almaniya xarici işlər naziri Frank-Walter Steinmeier yarğanın üzərindən uçduqdan sonra bildirib.
"Hər şey toza dönüb. Qırıntıların ən böyüyü kiçik maşın ölçüsündədir. Yerdən heç kim əraziyə daxil ola bilməz", Alp-de-Ot Əyalətinin şura prezidenti Gilbert Sauvan Associated Press agentliyinə bildirib.
Pra Loup xizəkçilik mərkəzindən olan turizm səlahiyyətlisi Sandrine Boisse bildirib ki, saat 11 iradələrində dağlarda qəribə səslər eşitdiyinə inanır.
"Birinci elə bildik ki, səs xizək yamaclarından gəlir, qar uçqunudur, lakin bu fərqli səs idi", o bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Tramp: İranın işləri yaxşı getmir
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
XƏBƏR LENTİ
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Gəncədə bacı-qardaş yanıq xəsarətləri alıb
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir





