Dünya

Kiyevə kütləvi HÜCUM: ata və 5 yaşlı qızı öldü

23 Mart 2025 13:51
Baxış: 742
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın 23-nə keçən gecə Rusiya ordusu Kiyevə hücumu azı 3 nəfərin həyatına son qoyub.

Milli.Az xəbər verir ki, qurbanlar arasında uşaq da var.

Rusiyanın PUA-larının hücumu və vurulan hava hədəflərindən dağıntıların düşməsi nəticəsində paytaxtın bir sıra ərazilərinə ziyan dəyib.

Bildirilir ki, zərbələr sənaye zonasına endirilib. Həmin ərazidə yaşayış binasınında yanğın baş verib.

Yaşayış binasının 6-cı mərtəbəsindəki mənzilə (pəncərə, döşəmə və tavan) dəyən ziyan da qeydə alınıb, 6 avtomobilə ziyan dəyib.

Məlumata görə, hadisə ilə bağlı 10 nəfər yaralanıb. Ölənlər arasında ata və onun kiçik qızı da var. Rusiyanın hücumu nəticəsində yaralanan ən gənc isə cəmi 11 aylıqdır. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.