Dünya

Mask: “Motivasiya üçün onun portretinə baxıram” - FOTO

20 Mart 2025 12:55
Baxış: 400
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask motivasiya üçün vitse-prezident Ceyms Devid Vensin Ağ Evdə asılmış portretinə baxdığını deyib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, amerikalı iş adamı bunu "X" hesabındakı paylaşımında yazıb.

O, Minnesota ştatının qubernatoru Tim Uolsun "Kiçik motivasiya" üçün "Tesla"nın düşən səhmlərinə baxın" fikirlərinə cavab olaraq bunları qeyd edib:

"Bəzən bir az motivasiyaya ehtiyacım olanda Ağ Evdə Ceyms Devid Vensin portretinə baxıram".

Maskın kinayəli zarafatı sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Uols ötən il baş tutan ABŞ prezident seçkilərində Demokratlar Partiyasının vitse-prezidentliyə namizədliyi uğrunda mübarizə aparıb. Hətta o zaman Mask siyasətçini dəfələrlə tənqid edib. 

Lakin, Mask və Uols arasında münaqişə hələ seçkilərdən əvvəl başlayıb. Mask xüsusən də miqrantlarla bağlı mövqeyinə görə Minnesota qubernatorunu "psixopat" adlandırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.