Hadisə

Avtomobil kanala aşdı - Keçmiş baş həkim öldü - FOTO

9 Yanvar 2026 23:58
Baxış: 898
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Salyan rayonunda ağır yol qəzası baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Qırmızıkənd kəndində qeydə alınıb.

Belə ki, Salyan sakini 73 yaşlı Yaşar Kərimov idarə etdiyi minik avtomobilini yaşadığı evin yaxınlığında olan kanala aşırıb.

O, hadisə yerində həyatını itirib.

Qeyd edək ki, ölən şəxs əvvəllər Salyan rayonlararası Psixiatriya xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.