"Qəzzada sülh planının həyata keçirilməsi üçün rəsmi Ankara üzərinə düşən hər bir missiyanı yerinə yetirməyə hazırdır".
Milli.Az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan "TRT Haber"ə müsahibəsində deyib.
Nazir bu prosesin insani yardım, bölgənin yenidən qurulması və sülhməramlı qüvvələrin yerləşdirilməsi kimi sahələri əhatə edə biləcəyini vurğulayıb:
"BMT-nin Təhlükəsizlik Şurasının qərarlarının tətbiqi üçün Qəzza ilə həmsərhəd olan iki ölkə - Misir və İsrail ilə koordinasiya şərtdir".
Hazırda ABŞ-nin Türkiyənin bölgədəki varlığına müsbət yanaşdığını və bu istiqamətdə tələbinin olduğunu qeyd edən nazir İsrailin buna qarşı mövqe nümayiş etdirdiyini bildirib:
"Türkiyənin sülh planında konkret rolunun necə formalaşacağı digər tərəfdaşlarla aparılan təmaslar və koordinasiya görüşləri nəticəsində yaxın gələcəkdə dəqiqləşəcək".
Milli.Az





