Narkotikdən istifadə etdiyini etiraf etsə də, sərbəst buraxıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Türkiyənin tanınmış sosial media fenomeni Şeyma Subaşı ilə bağlı aparılan narkotik araşdırmasında yeni və mühüm faktlar üzə çıxıb. İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən həyata keçirilən genişmiqyaslı əməliyyat çərçivəsində götürülən analizlərin nəticəsi Şeyma Subaşının qanında qadağan olunmuş maddələrin olduğunu təsdiqləyib.
Milli.Az xəbər verir ki, Məhkəmə Tibb Ekspertizasının hazırladığı hesabata görə, Şeyma Subaşının test nəticələri "müsbət" çıxıb. Analizlər zamanı onun orqanizmində kokain və bu maddənin metabolitləri olan Benzoilekqonin və Metilekqonin aşkar edilib. Bundan əlavə, test nəticələrində tibbi məqsədlərlə istifadə olunsa da, sui-istifadə edildikdə narkotik təsir göstərən Ketamin maddəsinin də olduğu müəyyən edilib.
Xatırladaq ki, Şeyma Subaşı ABŞ-dən qayıdarkən İstanbul Hava Limanında İl Jandarma Komandanlığının Narkotik şöbəsi tərəfindən saxlanılmışdı. İlkin ifadəsində narkotik vasitə istifadə etdiyini etiraf edən fenomen, məhkəmə tərəfindən "ölkədən çıxış qadağası" və "məhkəmə nəzarəti" şərti ilə sərbəst buraxılmışdı. Test nəticələrinin rəsmən açıqlanması Subaşının əvvəlki etiraflarını elmi cəhətdən də təsdiqləmiş oldu.
İstanbul Cümhuriyyət Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər Bürosu tərəfindən aparılan bu istintaq təkcə Şeyma Subaşı ilə məhdudlaşmır. İstintaq çərçivəsində aralarında bir çox tanınmış simaların da olduğu 30 nəfər haqqında saxlanılma və həbs qərarı çıxarılıb. Bu əməliyyat Türkiyədə narkotik vasitələrin yayılmasına qarşı aparılan genişmiqyaslı mübarizənin bir hissəsidir.
Hazırda Şeyma Subaşı haqqında məhkəmə nəzarəti tədbirləri davam edir və test nəticələrinin işə əlavə edilməsi ilə prosesin hüquqi gedişatının daha da ciddiləşəcəyi gözlənilir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..." - (Video)
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
XƏBƏR LENTİ
-
“Yeraltı” serialının aktyoru rus fanatları ilə - (Video)
-
Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq
-
Nəfəsin ifasına əməkdar artistin rəqsi diqqət çəkdi - (Video)
-
Bu ərazimizə qar yağdı
-
Azərbaycanlı alim vəfat etdi
-
İlon Maskdan görmə qabiliyyətini tamamilə itirənlər üçün yeni cihaz
-
Bu rayonda bir sıra məktəb və bağçaların adları dəyişdirildi
-
İqtisadiyyat.az-ın 8 yaşı tamam olur
-
Azərbaycanda bu şəxslərə yeni mənzillər veriləcək
-
Zahidə Günəş böyük biznesə başlayacaq: “ Heç kim açılışda 1 manat da xərcləməyəcək" - (Video)
-
Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizəd oldu
-
İki zəhərli iynədən sağ çıxan edam məhkumu ilk dəfə danışdı
-
On doqquz artıq mandat: İsrail özünü hesab tələsinə necə saldı
-
Zaur Baxşəliyev: "Çantanı başıma necə vurdusa..." - (Video)
-
Bu ölkədə işə bir saatdan gec çatanlar 40 faiz artıq maaş alır
-
Evinizdə belə əsginas varsa, diqqətli olun - Qiyməti 1 000 manatı keçir - (Foto)
-
İbrahim Borçalı: “Dərddən şəkərim qalxdı”
-
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
-
2 məşhur azərbaycanlı müğənninin birgə uşaqlıq Fotosu
-
İsveçdə Quranı yandıran belə cəzalandırıldı
-
Apple dünyanın ən bahalı şirkəti oldu
-
Polşada gərginlik pik həddə - Prezident təcili iclas çağırdı
-
"Qalatasaray" böyük hesabla qələbə qazandı
-
Azərbaycanın və Gürcüstanın Baş nazirləri “ART Riverfront Hotel Tbilisi”nin açılışında iştirak ediblər (Foto-Video)





