Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində qeydə alınıb.
Belə ki, "Ford" markalı avtomobillə "Xəzər" markalı avtomobil toqquşub. Qəza zamanı maşınlardan biri maşın ehtiyyatları mağazasına, digəri isə stomatoloji klinikaya çırpılıb.
İlkin məlumata görə, hadisə zamanı 2002-ci il təvəllüdlü Samir Məmmədov və 2001-ci il təvəllüdlü Emil Bayramov xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanılıb.
Milli.Az





