Dünya

Lirə rekord həddə ucuzlaşdı

19 Mart 2025 17:24
Baxış: 447
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin rəsmi dövlət valyutası olan türk lirəsi dəyər itirməkdə davam edir.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, son sutka ərzində lirə dollar qarşısında bir qədər də ucuzlaşaraq 1/40 səviyyəsinə enib.

Hazırda lirə 1/38 səviyyəsində stabilləşib. Gün ərzində lirə 6 faizədək dəyər itirib ki, bu da kəskin fərqdir və rekord həddə ucuzlaşma deməkdir.

Türkiyənin maliyyə bazarlarında 1 avro isə 41 lirədir.

Xarici valyutanın bahalaşması İstanbulun meri, prezidentliyə namizədliyini irəli sürəcəyini bildirən Əkrəm İmamoğlunun ali təhsil diplomunun ləğvi və saxlanılması fonunda baş verir.

Qeyd edək ki, Türkiyə valyutası son 12 ildə dollar qarşısında 8 dəfəyə yaxın dəyər itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.