Türkiyənin rəsmi dövlət valyutası olan türk lirəsi dəyər itirməkdə davam edir.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, son sutka ərzində lirə dollar qarşısında bir qədər də ucuzlaşaraq 1/40 səviyyəsinə enib.
Hazırda lirə 1/38 səviyyəsində stabilləşib. Gün ərzində lirə 6 faizədək dəyər itirib ki, bu da kəskin fərqdir və rekord həddə ucuzlaşma deməkdir.
Türkiyənin maliyyə bazarlarında 1 avro isə 41 lirədir.
Xarici valyutanın bahalaşması İstanbulun meri, prezidentliyə namizədliyini irəli sürəcəyini bildirən Əkrəm İmamoğlunun ali təhsil diplomunun ləğvi və saxlanılması fonunda baş verir.
Qeyd edək ki, Türkiyə valyutası son 12 ildə dollar qarşısında 8 dəfəyə yaxın dəyər itirib.
Milli.Az