Dünya

“ABŞ Krımı Rusiya ərazisi kimi tanımağa hazırdır”

17 Mart 2025 23:39
Baxış: 470
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"ABŞ Krımı Rusiya ərazisi kimi tanımağa hazırdır".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ABŞ administrasiyası Ukraynadakı münaqişənin həlli çərçivəsində Krımın Rusiya ərazisi kimi tanınmasına imkan verir.

Bundan əlavə, Birləşmiş Ştatlar bununla bağlı BMT-yə də müraciət edə bilər.

Qeyd edək ki, Krım 2014-cü ildə keçirilən referendumdan sonra Rusiyanın tərkibinə daxil olub və Rusiya Prezidenti Vladimir Putin onun ərazi mənsubiyyəti məsələsinin bağlandığını bildirib. Putin çıxışı zamanı bildirib ki, "respublikanın və Sevastopolun sakinləri əbədi olaraq Rusiya ilə birlikdə olmaq üçün qəti, birmənalı seçim ediblər".

Ukrayna Prezidenti Volodimir Zelenski isə ötən ilin noyabrında Kiyevin yarımadanı hərbi yox, diplomatik yolla geri ala biləcəyini bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.