Məşhur aktyor Justin Theroux həftə sonu Meksikanın Tulum şəhərinin turistik bölgəsində təşkil edilən çimərlik mərasimində özündən 23 yaş kiçik aktrisa sevgilisi Nikol Brydon Bloom ilə evlənib.
Milli.Az xəbər verir ki, mərasimə az sayda qonaq qatılıb. Baş tutan mərasimdə cütlük sadə, lakin zərif geyimləri ilə diqqət çəkib.
2023-cü ilin fevralında ortaq dostları vasitəsilə tanış olan cütlük münasibətlərini diqqət mərkəzindən kənarda saxlamağa üstünlük verib. İlk dəfə ötən ilin dekabrında Nikolun bacısının toyunda sosial şəbəkədə birlikdə görüntülənən cütlük bu ilin iyununda aktrisa Naomi Uottsun Meksikadakı toyunda da iştirak edib.
Qeyd edək ki, "The Gilded Age" serialındakı rolu ilə tanınan Blum 2017-ci ildə Elon Universitetini bitirdikdən sonra teatr karyerasına başlayıb. Şimali Karolina əsilli aktrisa daha əvvəl müsahibələrində məşhur "Downton Abbey" prodakşının pərəstişkarı olduğunu və Culian Fellowes ilə işləmək arzusunun gerçəkləşdiyini bildirmişdi.
Fidan
Milli.Az