Dünya

“Ukraynaya hərbi dəstək üçün bir sent belə verməyəcəyik”

18 Mart 2025 07:15
Baxış: 874
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Slovakiya Ukraynaya hərbi yardım üçün maliyyə ayırmaqdan imtina edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə respublikanın Baş naziri Robert Fitso feysbuk sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"Slovakiya Ukraynada heç bir hərbi missiyada iştirak etməyəcək və hərbi yardıma bir sent də göndərməyəcək", - o yazıb.

Eyni zamanda, Fitso Ukrayna və Slovakiya hökumətlərinin birgə iclasının təşkilinin tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, müvafiq görüşdə əsas müzakirə mövzusu hər iki dövlət üçün faydalı layihələrin həyata keçirilməsi ola bilər.

Baş nazir həmçinin bildirib ki, Bratislava Ukrayna ərazisindən qaz tranzitinin bərpası üçün tədbirlər görməkdə davam edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory