Dünya

Tramp husilərə görə İranı hədələdi

18 Mart 2025 00:37
Baxış: 378
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp husi hücumlarının arxasında İranın olduğunu iddia edib.

Milli.Az xəbər verir ki, Amerika lideri bu haqda "Truth" sosial şəbəkəsində yazıb.

O bildirib ki, yeni hücumlar olacağı təqdirdə ABŞ yalnız üsyançılara zərbə endirməklə kifayətlənməyəcək.

"Heç kimin sizi aldatmasına imkan verməyin! Yəmən xalqının nifrət etdiyi husilərin, Yəməndə yaşayan şər quldurların həyata keçirdiyi yüzlərlə hücumlar İrandan qaynaqlanıb. Husilərin bundan sonrakı hər hansı hücumları və ya cavab hərəkətləri böyük güclə qarşılanacaq", - deyə Tramp qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.