Dünya

5 yaşlı uşaq parkda 87 yaşlı qadını öldürdü

16 Mart 2025 06:19
Baxış: 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın Milan şəhərində 5 yaşlı uşaq parkda gəzən 87 yaşlı qadını öldürüb.

Milli.Az bildirir ki, 87 yaşlı italyan qadın 74 yaşlı əri ilə parkda gəzirmiş. Qadını velosiped sürməyi öyrənən beş yaşlı uşaq vurub. Yaşlı qadın ayaq üstə qala bilməyib. O, yıxılan kimi başı yerə çırpılıb.

Uşağın yanında olan atası təcili yardım çağırıb. Həkimlər gələnə qədər qadının vəziyyəti pisləşib.

Təqaüdçü tibb müəssisəsinə aparılıb, həkimlər ona kömək etməyə çalışsalar da, o, dünyasını dəyişib.

Prokurorluq nümayəndələri oğlanın atasına qarşı iş açıb. İttiham tərəfi iddia edirdi ki, kişi oğluna nəzarət etməli idi.

Lakin məhkəmə işə baxaraq belə qənaətə gəlib ki, hadisə ani olub, onu proqnozlaşdırmaq mümkün deyil. Uşaq isə velosipedi həyat üçün təhlükə yaratmayan sürətlə sürürdü. /lent.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.