Dünya

Zelenski: Ukrayna ordusu öz vəzifəsini yerinə yetirib

15 Mart 2025 08:07
Baxış: 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində keçirdikləri əməliyyatla Rusiya qüvvələrini digər ərazilərdən uzaqlaşdıraraq öz vəzifəsini yerinə yetirib.

Milli.Az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

"İndi vəziyyət çox çətindir. Bu əməliyyata görə əsgərlərimizə ancaq təşəkkür edə bilərəm. Onlar, tapşırığı yerinə yetirdilər. Əvvəlcə Xarkov istiqamətində təzyiq azaldı, sonra onlar qoşunlarını şərq istiqamətindən çıxarmağa başladılar. Düşünürəm ki, hazırda Pokrovsk istiqamətində vəziyyət stabildir", - deyə Zelenski bildirib.

Qeyd edək ki, son bir həftə ərzində Rusiya ordusu Kursk vilayətinin bir çox yaşayış məntəqəsini, o cümlədən 7 aydan artıq Ukraynanın nəzarətində olan Sudja şəhərini nəzarətə götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.