Dünya

Tramp onu ordunun baş qərargah rəisi təyin edəcək - FOTO

13 Mart 2025 09:43
Baxış: 733
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ Prezidenti Donald Tramp Hərbi Hava Qüvvələrinin istefada olan general polkovniki Con Keynin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri vəzifəsinə rəsmi olaraq namizədliyini irəli sürüb.

Milli.Az xəbər verir ki, ABŞ-nin müdafiə naziri Pit Heqset mövzu ilə bağlı mətbuata açıqlama verib.

Keyn 11 sentyabr 2001-ci ildə ABŞ-yə edilən terror hücumları zamanı paytaxt Vaşinqtonu qorumaqla vəzifəli olan Hərbi Hava Qüvvələrinin pilotları arasında olub.

Keyn daha sonra Yaxın Şərqdə xidmət edib və 2021-2024-cü illər arasında ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində (CIA) işləyib. /APA

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.