Dünya

Trampa yeni vəzifə verildi

8 Mart 2025 18:12
Baxış: 766
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin Prezidenti Donald Tramp dünya çempionatının təşkilat komitəsinin rəhbəri olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək yarışla bağlı hazırlıq işlərinə başçılıq edəcək.

Tramp bu turnirin əhəmiyyətini qeyd edib: "Bizim ölkə üçün belə turnir keçirmək böyük şərəfdir".

FIFA prezidenti Canni İnfantino ABŞ prezidentinin təşkilat komitəsinə rəhbər keçməsinə biganə qalmayıb. O, prezidentə xüsusi hazırlanmış top bağışlayıb.

Qeyd edək ki, 2026-cı il iyunun 11-dən iyulun 19-dək keçiriləcək mundialda 48 komanda mübarizə aparacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.