Dünya

Kaya Kallas: Ukrayna ilə bağlı razılaşmada Avropa da nəzərə alınmalıdır

6 Mart 2025 17:21
Baxış: 316
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukrayna ilə bağlı razılaşmada Avropa da nəzərə alınmalıdır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

"Müharibə Avropada davam edir və bu, Avropada həqiqətən sülh və təhlükəsizlik məsələsidir. Hər hansı bir razılaşma ilə bağlı Avropa da nəzərə alınmalıdır. Müharibəni sona çatdırmaq və uzunmüddətli sülh əldə etmək məsələsində biz burada nəyin riskdə olduğunu bilirik. Bu müzakirələr davam edir. Hər hansı bir razılaşmanın həyata keçirilməsi məsələsində avropalılar bu prosesin içində olmalıdır", - Kallas qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.