Qadınları fahişəliyə cəlb edənlərdən biri görün kim İMİŞ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnsan alverində təqsirləndirilən iki şəxs həbs edilib.
Milli.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin keçirdiyi tədbir nəticəsində insan alverində təqsirləndirilən 28 yaşlı E.Q və 27 yaşlı X.H şərti adlı şəxslər həbs ediliblər.
Saxlanılanlardan biri "Enoor" adı ilə tanınan bloger Elnar Quliyevadır.
E.Quliyeva ölkə vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur. O, həmin qadınları işə düzəltmək adı ilə aldadaraq Türkiyə Respublikasına aparıb. Daha sonra zərərçəkmiş şəxslər hədə-qorxu və məcburetmə yolu ilə nəzarətdə saxlanılıb, onların ümumvətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar.
İnsan alveri cinayətində təqsirləndirilən X.H isə şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək qadınları pul müqabilində "Telegram"səhifəsi və sayt vasitəsilə fahişəliyə cəlb edib. Zərərçəkənlər bu platformadan çıxmaq istədikdə o, həmin qadınları barələrində rüsvayedici fotoşəkil və məlumat yaymaqla hədələyərək cinsi istismara məruz qoyub.
Araşdırmalarla X.H şərti adlı şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitinin bir qismini kriptovalyuta formasında xarici ölkələrin birində olan transmilli cinayətkar qrupun digər üzvlərinə göndərdiyi müəyyən edilib.
Toplanmış sübutlar əsasında başlanmış cinayət işləri üzrə E.Q və X.H təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barələrində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Cəmi 30 dəqiqəyə hazırlanan dadlı kolbasalı şorba resepti
-
Ütünü zədələmədən yanıq və kirəcdən təmizləməyin yolları
-
Supermodellər haqqında heç vaxt danışılmayan 5 utandırıcı fakt
-
Paltaryuyana 1 qaşıq əlavə edin - dəsmaldakı pis qoxunu yox edir
-
Şəhriyardan Oksana ilə bağlı suala reaksiya
-
Qara Qarayevdəki məşhur obyektin fəaliyyəti dayandırıldı - (Video)
-
Günün qoroskopu: Paxıl həmkarlarınızdan ehtiyatlı olun
-
Qızılın qiyməti kəskin ucuzlaşdı
-
Con Qudman 90 kq arıqladı - (Foto)
-
Ronaldu iki milyard dollar qazanan ilk idmançı oldu
-
Qara dənizdə vurulan gəmidən xilas edilən azərbaycanlıların (Fotosu)
-
Gəncədə 5 aylıq körpə evdə öldü - Yenilənib
-
Akif Əyyubov vəfat etdi - (Foto)
-
Zelenski Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yerini və vaxtını açıqladı
-
"Mən aliməm" - Nüşabə Ələsgərli
-
Messi karyerasının ən böyük uğurunu açıqlayıb
-
"Yeşilçam"ın aktrisası Hale Soygazi illər sonra - (Foto)
-
İşdən çıxarıldığı deyilirdi: 5 nömrəli avtobusun sürücüsü DANIŞDI
-
Valdas Dambrauskas ildə 50 kitab oxuyur
-
Çağırışçılara xəbərdarlıq: bunu etməsəniz, 100 manat cərimə olunacaqsız
-
Usta işlədiyi evdən meyiti tapıldı
-
Bağçalı Türkiyədəki səfirimizlə görüşüb - (Video)
-
Bakıda zeytun festivalı başlayıb – üç gün qastronomik yeniliklər, milli ənənələr və konsertlər - (Foto)
-
"Zirə" "Sumqayıt"a, "Qəbələ" "Araz-Naxçıvan"a qalib gəldi





