Dünya

Papa Fransiskin vəziyyəti ağır olaraq qalır

24 Fevral 2025 00:04
Baxış: 337
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İkitərəfli pnevmoniya keçirən Papa Fransiskin vəziyyəti ağır olaraq qalır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti bildirib.

Məlumata əsasən, 88 yaşlı Roma Papasında böyrək çatışmazlığının əlamətləri müşahidə olunur.

"Roma Papasının vəziyyəti kritik olaraq qalır, baxmayaraq ki, o, [bir gün əvvəl olduğu kimi] tənəffüs böhranını təkrarlamayıb. Bəzi qan testləri indi nəzarət altında olan erkən yüngül böyrək çatışmazlığını göstərir. Burun boruları vasitəsilə yüksək axınlı oksigen terapiyası davam edir", - deyə qeyd olunub.

Papanın huşunun yerində olduğu bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.