Gənclər üçün 4 qorxulu TƏHLÜKƏ - Bill Qeyts açıqladı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Microsoft"un qurucusu və Bill Gates Fondunun rəhbəri Bill Qeyts gənc olsaydı, hər şeydən çox atom bombalarından qorxacağını bildirib.
Milli.Az xəbər verir ki, milyarder bu barədə "Stripe" şirkətinin həmtəsisçisi Patrik Kollison ilə müsahibəsində danışıb.
"Gənc ikən əsas narahatlığım nüvə müharibəsi idi, amma bu gün dünya dörd-beş böyük təhdidlə üz-üzədir" deyən Qeyts bu təhlükələri iqlim dəyişikliyi, bioterrorizm və pandemiyalar, süni intellektin nəzarəti və cəmiyyətdəki qütbləşmə kimi sıralayıb.
O, xüsusilə gənc nəslin bu mövzulara daha çox diqqət yetirməsinin vacib olduğunu vurğulayıb. 2023-cü ildə yazdığı bloq yazısında ailəsinin böyüdükcə dünyanı daha yaxşı bir yerə çevirmə istəyinin artdığını ifadə edən Qeyts "Nəvə sahibi olmaq, gələcəyi necə yaxşılaşdıra biləcəyimizi düşündürür; siyasət, səhiyyə və iqlim kimi sahələrdə həll yolları tapmaq lazımdır", deyə yazıb.
Qeyts cəmiyyətin "zəka çatışmazlığı" yaşadığını və süni intellektin bu problemi həll edə biləcəyini düşünür. Süni intellektin bəzi riskləri olsa da, onun düzgün istifadə edildikdə böyük faydalar verəcəyinə inanır.
"Bizim hər şeyi izləyə biləcək qədər tibb mütəxəssisimiz və ya şəhərlərdə riyaziyyat dərsi keçə biləcək yetərli sayda müəllimimiz yoxdur. Bu səbəbdən, bazar sistemini bir həll yolu kimi istifadə edirik" deyən Qeyts süni intellektin zamanla zəkanı demək olar ki, pulsuz hala gətirəcəyini vurğulayıb.
O, gələcək nəsillərin mövcud riskləri düzgün idarə edə bilsələr, daha yaxşı vəziyyətdə olacaqlarını düşünür. "Əgər bu böyük problemlərdən bəzilərini həll edə bilsək, hər şey çox daha yaxşı olacaq" deyən Qeyts gələcəkdə Altsheymer, piylənmə və QİÇS kimi xəstəliklərə qarşı müalicələrin tapılacağını, uşaq iflici, qızılca və malyariya kimi xəstəliklərin tamamilə yox olacağını bildirib.
Qeyts innovasiya sürətinin indi hər zamankindən daha yüksək olduğunu vurğulayaraq, qorxunun insanları iflic etmə təsiri olsa da, gənc nəsil üçün bir motivasiya vasitəsinə çevrilə biləcəyinə inanır. "İnsanlar bu qorxulu məsələlərdən çəkinməyimiz üçün bəzən onların reallaşma ehtimalını və təsirini şişirdə bilərlər", deyə fikrini tamamlayıb. /Qaynarinfo
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Doğum gününüz haqqınızda nə deyir
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - (Foto)
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
-
Ağstafada iki məktəbli qızı avtomobil vurdu
-
“Qalatasaray”da daha bir istefa
-
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələrinin təqdimatında iştirak ediblər - (Foto)
-
"Neftçi" "Şamaxı"ya, "Kəpəz" "İmişli"yə qalib gəlib
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək





