Dünya

Tramp Putinə ona görə təriflər yağdırır ki... - Zelenski

18 Fevral 2025 17:40
Baxış: 1 187
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın işğal etdiyi ərazilərdən imtina etməyə hazır deyilik.

Milli.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ARD televiziyasına müsahibəsində deyib.

"Gələcəkdə torpaqlarımızı geri qaytaracağıq. Bu gün olmasa belə, sabah olacaq" - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, ABŞ bu gün Rusiya Prezidenti Vladimir Putinə təriflər yağdırır:

"Putini razı salmağa çalışırlar. Bilirsiniz niyə? Tez görüşüb uğur qazanmaq üçün..."

Qeyd edək ki, bundan əvvəl Zelenski müharibənin başa çatması üçün Rusiya ilə ərazi mübadiləsini istisna etmədiyini demişdi. "Biz bir ərazini digəri ilə dəyişə bilərik. Hələ ki, dəqiq bilmirəm", deyə o "Guardian"a açıqlamasında bildirmişdi.  /Globalinfo.az

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.