2024-cü ildə dünyada silahlanmaya bu qədər pul xərcləndi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son 15 ildə yaranmış qeyri-müəyyən beynəlxalq mühit ölkələri silahlanmağa sövq edir.
Milli.Az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp NATO ölkələrindən müdafiə xərclərini ümumi daxili məhsullarının 5 faizinə çatdırmağı tələb edib və bu silahlanma dünyanın dümək olar ki bütün bölgələrinə yayılıb.
2024-cü ildə silahlanmaya xərclənən pul 2,46 trilyon dollara çatıb.
Rusiya-Ukrayna müharibəsi ilə pik həddə çatan beynəlxalq gərginlik ölkələri silahlanmağa sövq edir.
Hər bir regionda lokal münaqişələr olsa da, qlobal təsir potensialına malik gərginliklər də mövcuddur.
Çin və Tayvan arasındakı gərginlik Filippin və Yaponiyanı silahlanmağa məcbur etdiyi halda, Rusiya-Ukrayna müharibəsi Avropadakı tarazlığı dəyişib.
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun apardığı araşdırma nəticəsində məlum olub ki, 2024-cü ildə dünyada silahlanmaya xərclənən pul 2,46 trilyon dollar olub. Nəzərə alsaq ki, Rusiyanın ümumi daxili məhsulu 2 trilyon civarındadır,bu zaman xərclənən pulun ölçüsü daha aydın olur.
Avropa üçün xüsusi olaraq edilən qiymətləndirmədə 2024-cü ildə müdafiə xərclərinin əvvəlki ilə nisbətən 11 faiz artdığı müəyyən edilib və bu artımın 10 ildir fasiləsiz olaraq davam etdiyi bildirilir.
Rusiyanın Ukrayna ilə müharibəsinin davam etdiyi halda 2024-cü ildə silah xərcləri 462 milyon dollar olub ki, bu da Rusiyanın ümumi daxili məhsulunun təxminən 7 faizinə bərabərdir.
Tayvanla aralarındakı böhran zaman zaman gərginliyi artırdığı halda, Çin də son illərdə müdafiə büdcəsini durmadan artırır.
2024-cü ildə Çin müdafiə büdcəsini əvvəlki illərə nisbətən 7,4 faiz artırıb. Beləliklə Asiyada orta müdafiə büdcəsi artımı 3,9 faiz təşkil edib.
Filippin və Yaponiya ABŞ ilə əməkdaşlığını artırıb. Filippinin ABŞ-dən aldığı orta mənzilli "Typhon" raket sistemi Çin tərəfindən təhlükə olaraq qəbul edilir. Cənubi Çin dənizində Filippin Hərbi Dəniz Qüvvələri ilə Çin Hərbi Dəniz Qüvvələri arasında gərginlik artır və vəziyyətin münaqişəyə çevrilməsi təhlükəsi var.
Afrikada silahlanmada önə çıxan ölkə Əlcəzair olub. Rusiyadan Su-57 qırıcıları alan Əlcəzairin 2024-cü ildə silah xərcləri 18 milyard dolları keçib.
Əlcəzairin qonşusu Mərakeş 5 milyard dollarlıq xərclə ikinci yerdə qərarlaşıb. İki ölkə arasında zaman-zaman siyasi böhranlar baş verir.
Mərakeş və Əlcəzairlə yanaşı Burkina Faso, Mali və Niger də müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb.
Niger müdafiə büdcəsini 32 faiz, Burkina Faso isə 23 faiz artırıb.
Qərbi Afrika İqtisadi Birliyindən (ECOWAS) çıxan üç ölkə Rusiya ilə əlaqələrini artırmaqda davam edir. Sahel Dövlətləri Konfederasiyasını birgə qurmaq qərarına gələn bu üç ölkə Afrikada yeni siyasi mövqe nümayiş etdirir. /APA
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Pakistanda hərbi təlim təyyarəsi qəzaya uğradı, iki pilot həlak oldu
-
“Qalatasaray” - “Barselona” oyunu öncəsi 9 nəfər saxlanıldı
-
Arda Turanla danışıqların detalları bəlli oldu
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
-
Tbilisidə səfirə sahibsiz itlər hücum etdi - Xəsarət aldı
-
Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi
XƏBƏR LENTİ
-
Ucarda sərnişin avtobusu yandı
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib - (Foto)
-
Şöhrət Məmmədov Azərbaycanla vidalaşdı – (Video)
-
Türkiyəli məşhur aktyor vəfat edib
-
Azadlıq prospektində yeni zolaq təşkil edildi
-
Zeedorfun yeni iş yeri bəlli oldu
-
Sabah yola çıxanlar bunu nəzərə alsın
-
"6, 7 yaşında uşaqların başını bağlamağa nə ehtiyac var?"
-
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib - (Foto)
-
Pakistanda hərbi təlim təyyarəsi qəzaya uğradı, iki pilot həlak oldu
-
Elçin Hüseynov Cengiz Kurtoğlu ilə bir arada - (Video)
-
“Qalatasaray” - “Barselona” oyunu öncəsi 9 nəfər saxlanıldı
-
Arda Turanla danışıqların detalları bəlli oldu
-
Tacir Şahmalıoğlu səhhəti ilə bağlı danışdı: “O şəkilləri silin!” - (Video)
-
Hicab bəhanəsi ilə məktəblərə hücum: SEPAH-ın Azərbaycan üzərindən qurduğu təhlükəli oyun
-
Azərbaycanla Slovakiya arasında məxfi məlumatların mühafizəsi haqqında saziş təsdiqlənib
-
Quba-Xəzəryanı üzrə hasilatın pay bölgüsü haqqında Saziş təsdiqlənib
-
AQC sədri Azərbaycanın Rumıniyadakı səfiri ilə görüşüb - (Foto)
-
Panamada 7,7 bal gücündə zəlzələdə işçilər görün nə etdilər - (Video)
-
Azərbaycanla İordaniya arasında vizasız gediş-gəliş təsdiqlənib
-
Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - Siyahı
-
Azərbaycanla Ukrayna arasında hökumət rabitəsi sahəsində əməkdaşlıq haqqında sazişə dəyişiklik təsdiqlənib
-
Bu da Vüsalə Əlizadənin yeni bahalı avtomobili - (Video)





