ABŞ-da çirkli pulların yuyulmasında iştirakda ittiham edilən Rusiya vətəndaşı Aleksandr Vinnik azadlığa buraxılıb.
Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə TASS-a onun fransalı vəkili Frederik Belot məlumat verib.
"Aleksandra qarşı iş bağlanıb. Məndə olan məlumata görə, o, artıq azadlıqdadır", - vəkil deyib.
Vəkil bildirib ki, o, yaxın vaxtlarda Rusiyaya göndəriləcək.
Bundan əlavə, Ağ Ev ABŞ-ın Rusiya ilə cari məhbus mübadiləsi çərçivəsində Vinniki azad edəcəyini təsdiqləyib.
Qeyd edək ki, bu gün Tramp və Putin arasında baş tutan telefon danışığlnda məhbus mübadiləsi barədə razılığa gəlinib.
Milli.Az