Şou-biznes

Trampa görə ulduz müğənnini fitə basdılar - VİDEO

12 Fevral 2025 23:31
Baxış: 389
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Trampın "Super Bowl" yarışını stadiondan izləməsi ulduz müğənni Teylor Svift üçün xoşagəlməz halla nəticələnib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, məşhur müğənni sevgilisi Trevis Kelsini dəstəkləmək üçün "Kansas City Chiefs" komandasının oyununu stadiondan izləyib. Onun böyük ekranda göstərilməsi azarkeşlər tərəfindən etirazla qarşılanıb.

Buna qədər isə ekranda Ağ Ev rəhbəri Donald Tramp nümayiş etdirilib. Azarkeşlər onu böyük coşqu ilə qarşılayıblar.

Trampın seçki kampaniyası zamanı onu tənqid edən Teylor Svift ekranda göstərilərkən isə azarkeşlər onu fitə basıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.