Dünya

Maskdan Trampa xəbərdarlıq : "ABŞ iflas edəcək"

13 Fevral 2025 00:33
Baxış: 439
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin tanınmış milyarderi İlon Mask federal xərclərin azaldılmasının vacibliyini vurğulayaraq büdcə kəsirinin nəzarətsiz qalması halında ölkənin müflis ola biləcəyini bildirib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Mask demokratiyanın mühafizə olunması üçün xalqın hökumətə effektiv geribildirim verməsinin vacibliyini qeyd edib. O, qeyd edib ki, əgər xalqın səsi lazımi dərəcədə qiymətləndirilmirsə və idarəetmə səlahiyyətləri səhv istiqamətləndirilirsə, demokratiya yerinə bürokratiyanın hakim olduğu bir sistem qurulmuş olur.

Mask büdcə kəsirinin davam etməsinin fəlakətlə nəticələnə biləcəyini vurğulayaraq, federal xərclərin azaldılmasının qaçınılmaz olduğunu bildirib. O, qeyd edib ki, təkcə milli borcun faiz ödənişləri Müdafiə Nazirliyinin bütün büdcəsindən daha çoxdur.

"Müdafiə üçün çox pul xərcləyirik. Amma belə davam edərsək, ölkə iflas edəcək", - Mask vurğulayıb.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.