Təhsil

Abşerondakı bu məktəbə bit düşüb?

13 Fevral 2025 00:40
Baxış: 896
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Abşeron rayonunun Qobu qəsəbəsi 3 nömrəli məktəbdə bit yayıldığına dair iddialar yayılıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, şagirdlər bu halla bağlı müəllimlər tərəfindən də təlimatlandırılıblar.

Məktəbin yuxarı sinif şagirdləri isə bildiriblər ki, sözügedən durum daha çox ibtidai siniflərdə yayılıb.

Məktəbdən verilən açıqlamada isə iddialar təkzib olunub. 

Ərazi üzrə təhsil idarəsinin açıqlamasında isə məktəbdə sanitar vəziyyətin nəzarətdə saxlanılması üçün mütəmadi profilaktik tədbirlərin görüldüyü qeyd olunub.

Xatırladaq ki, ötən tədris ilində də Sumqayıt şəhəri 14 nömrəli orta məktəbdə sinif otaqlarını bit-birə basması ilə bağlı iddialar yayılmışdı.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.