Dünya

Tibbdə İLK: şiş diaqnozu ilə əməliyyat girmişdi, həkimlər şok oldu

8 Fevral 2025 18:28
Baxış: 1 258
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanda nadir tibbi hadisə baş verib. Üç il əvvəl beyin şişi diaqnozu qoyulan qadın əməliyyat üçün vətənində həkimlərə müraciət edib. Lakin əməliyyat zamanı həkimlər şiş əvəzinə onun beynində hərəkət edən 15 santimetr uzunluğunda lentşəkilli qurd aşkar ediblər.

Milli.Az axar.az-a istinadən bildirir ki, məlumatı "Sputnik Gürcüstan" yazıb.

Məlumata görə, pasiyent uğurla əməliyyat olunub və hazırda həkim nəzarəti altındadır.

Mütəxəssislərin bildirdiyinə görə, bu hadisə tibb tarixində insan beynində canlı yastı qurdun mövcudluğuna dair təsdiqlənmiş ilk hal kimi qeydə alınıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.