Dünya

Bayden aktyor olacaq?

6 Fevral 2025 13:50
Baxış: 555
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın keçmiş prezidenti Co Baydenin vəzifəsindən ayrıldıqdan sonra verdiyi qərar onun tərəfdarlarını xeyli təəccübləndirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bir çoxları Baydenin istirahət edəcəyini düşünsə də, o, aktyorluq agentliyi ilə müqavilə imzalayıb.

Belə ki, "Creative Artists Agency" (CAA) Baydenlə müqavilənin fotosunu da sosial media səhifələrində paylaşıb.

Baydenin bu addımı izləyicilərin gülüşünə səbəb olub.

Hətta ABŞ Prezidenti Donald Tramp da sələfinin sözügedən qərarına reaksiya verərək, bunun gözlənilməz olduğunu söyləyib.

Baydenin müqaviləni hansı şərtlərlə imzaladığı, nə kimi çalışacağı bəlli deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.