Dünya

Kalın Kostanyanla Suriyada gizli görüşdü, şərt qoydu

29 Yanvar 2025 14:40
Baxış: 705
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Suriyada Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalınla görüşüb.

Milli.Az xəbər verir ki, bu barədə "Enabluadatel" Teleqram kanalı məlumat yayıb.

Kanalın iddiasına görə, görüşdə Zəngəzur dəhlizi də müzakirə olunub.

"Dünən Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan gözlənilmədən Dəməşqə gedib və orada Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani ilə tamamilə adi görüşdən əlavə, Türkiyə kəşfiyyatının rəhbəri İbrahim Kalınla daha bir və çox qeyri-adi görüş keçirib.

Dialoqun əsas mövzusu Zəngəzur dəhlizinin Ermənistan ərazisindən açılması şərtləridir", - deyə kanal yazıb./axar.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.