Dünya

Konqoda baş verən döyüşlərdə 17 ölü, 350-dən çox yaralı var

28 Yanvar 2025 00:26
Baxış: 588
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Konqo Demokratik Respublikasının Qoma şəhərində Konqo ordusu ilə 23 Mart Hərəkatı (M23) qruplaşmasının üsyançıları arasında dünən gecədən başlayan döyüşlər nəticəsində azı 17 nəfər ölüb, 367 nəfər yaralanıb.

Milli.Az xəbər verir ki, bu barədə "AFP" məlumat yayıb.

"Döyüşlər davam etdiyindən xəstəxanada cərrahlar böyük yaralı axınının öhdəsindən gəlmək üçün gecə-gündüz işləyirlər", - agentliyin mənbəsi qeyd edib.

Qoma həkimləri şəhər sakinlərini yaralıları xilas etmək üçün qan verməyə çağırıb.

Ölən və yaralananların sayı barədə rəsmi məlumat yoxdur. /APA

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.