Dünya

Donuz böyrəyi köçürülmüş amerikalı qadın 61 gündür yaşayır - Yeni rekord

26 Yanvar 2025 18:34
Baxış: 936
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Donuz böyrəyi transplantasiyası alan ABŞ vətəndaşı Tovana Luni 61 gündür onunla yaşayır və həyatı normal davam edir. O, belə bir əməliyyatdan sonra gözlənilən ömür uzunluğuna görə yeni rekorda imza atıb.

Milli.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Məqalədə deyilir: "Alabamalı qadıı şənbə günü böyük bir mərhələyə çataraq, donuz orqanlarını alan ən uzun ömürlü insan oldu".

Nəşr qeyd edir ki, Luninin uğurlu əməliyyatı alimlərdə heyvan orqanlarının insanlara köçürülməsinin mümkün ola biləcəyinə ümid verir. İki ürək və iki böyrəyi olan xəstələrə transplantasiya edilən əvvəlki əməliyyatların uğurlu alınmadığı vurğulanır.

Həkimlərin sözlərinə görə, hazırda qadının böyrək funksiyası stabildir. Həkimlər qadının reabilitasiyadan təxminən bir ay sonra xəstəxanadan çıxa biləcəyini gözləyirlər.

Dekabrın 17-də Langone Sağlamlıq Xəstəxanasının cərrahları geni dəyişdirilmiş donuz böyrəyini Tovan Luniyə uğurla nəql ediblər. O, 8 il orqan nəqli gözləyib./qaynarinfo

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.